Bu material poladdan 100 dəfə sərtdir

© Photo : engadget.com3D-printerdə çap ediblən məsaməli formada olan material
3D-printerdə çap ediblən məsaməli formada olan material - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmənin kütləvi istehsalı elektronika, akkumulyator və yanacaq katalizatorları üçün lazımdır

BAKI, 10 yan — Sputnik. ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun bir qrup alimi, tərkibində qrafen olan çox möhkəm material yaradıb. Sputnik xəbər verir ki, bu ixtira barədə məlumatı Engadget portalı açıqlayıb.

Məsaməli formada olan bu material öz xüsusiyyətlərinə görə poladdan 10 dəfə möhkəmdir. Eksperiment üçün alimlər modelləri 3D printerdə çap ediblər. Onlar iddia edirlər ki, materialın forması bu halda onun tərkibindən vacibdir.

Qrafen poladdan təxminən 100 dəfə sərtdir, həmçinin elektriki daha yaxşı keçirir və istini paylayır. Birləşmənin kütləvi istehsalı elektronika, akkumulyator və yanacaq katalizatorları üçün lazımdır. Bu materialla aparılan təcrübələrə görə, 2010-cu ildə fizika üzrə Nobel mükafatı verilib.

Xəbər lenti
0