BAKI, 10 yan — Sputnik. Yaponiyanın ən zəngin adamı olaraq tanınan, "Fast Retailing" şirkətlər qrupunun qurucusu Tadashi Yanai sadəcə 1 gün ərzində 1.4 milyard dollar ziyana düşüb. Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, məşhur geyim firması "Uniqlo"nun da daxil olduğu "Fast Retailing" şirkətlər qrupu 6.7 %-lik enişlə 1.4 milyard dollar itirib.
© Photo : STRTadashi Yanaiyə aid butiklərdən biri
Tadashi Yanaiyə aid butiklərdən biri
© Photo : STR
Şirkətin qurucusu və idarəçisi olan T.Yanai, Bloomberg indeksinə görə dünyanın ən zəngin 500 insanı arasında ən böyük maddi itki yaşayan şəxs olub. Qeyd edək ki, 67 yaşlı Tadashi Yanainin ümumi sərvəti 17.7 milyard dollar səviyyəsindədir.