CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş seysmoloqdan zəlzələ açıqlaması

© Photo : APAQurban Yetirmişli
Qurban Yetirmişli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı həmişə yeraltı təkanlar müşayiət edəcək

BAKI, 10 yan — Sputnik. Xəzər dənizində potensial gücə malik zəlzələ ocaqları mövcuddur. Bu barədə Sputnik-ə Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Zəlzələ şkalası - Sputnik Azərbaycan
Bu ölkə zəlzələdən silkələndi

Onun sözlərinə görə, həmçinin Böyük Qafqazın yamaclarında, Şamaxı-İsmayıllı zonasında, Azərbaycanın şimal-qərb regionlarında, Şəki-Zaqatala-Balakən zonasında, Kiçik Qafqaz dağlarında, Talış dağlarında və Naxçıvanda müəyyən qədər aktivlik müşahidə olunur.

"Zəlzələlər hər gün baş verir, çünki Azərbaycan seysmik cəhətdən aktiv bölgədə — Alp-Himalay seysmik zolağında yerləşir. Birmənalı şəkildə zəlzələnin olmayacağını demək olmaz. Onlar var, olub və olacaq. Qısamüddətli proqnozlar vermək mümkün deyil. Burada təkanların yerini, gücünü və vaxtını təyin etmək lazımdır" — deyə seysmoloq bildirib.

Yetirmişli qeyd edib ki, hansı regionda az-çox aktivliyin olduğu barədə 1-2 illik ortamüddətli proqnozlar vermək mümkündür: "Bunu da təkanların qeydə alınması və digər geofiziki tədqiqatlarla müəyyənləşdirmək olar".

Seysmoloqun sözlərinə görə, ötən il ərzində 2015-ci illə müqayisədə seysmik aktivlik nisbətən aşağı olub: "Baxmayaraq ki, Azərbaycan və sərhədyanı ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb, amma güclü silkələnmə baş verməyib. Cəmi 18 dəfə hiss olunacaq zəlzələlər baş verib ki, onların da gücü 3-4,5 bal olub. Onlardan biri İmişli rayonunda baş verib".

"Bu gün güclü dağıdıcı zəlzələlərin baş verəcəyi aktiv zonalar yoxdur. Yeraltı təkanlar fon səviyyəsindədir, yəni zəifdir" — deyə baş seysmoloq bildirib.

Xəbər lenti
0