Qusar rayon Samur qəsəbəsinin 67 yaşlı sakini Mirzəxan İmamquliyev kiçik yaşlarından öz helikopterini hazırlamaq arzusu ilə yaşayıb. Bunun üçün o, 10-dan çox avtomobilin müxtəlif ehtiyat hissələrindən yararlanıb. Düzəltdiyi helikopterin mühərrikini işə salarkan "Uşaqlıq arzumu həyata keçirdim" — deyərək sevincini paylaşır.
Qurğunun iş prinsipi avtomobilə uyğunlaşdırılıb. Əgər avtomobildə mühərrik təkərləri hərəkətə gətirirsə, burada o, pərləri fırladır. O, fındıq təmizləyən, şum və otbiçən qurğular da hazırlayıb. İxtiraçı bu cihazları təkmilləşdirməyi planlaşdırır.