Ekspert: "Pan Gi Mun heç bir ciddi məsələ həll edə bilməyib"

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Yaxın Şərqdə konkret addımlar atılmalıdır"

Fikrət Sadıxov: Pan Gi Munun postunu tərk edənədən sonra kimisə günahlandırmasını, kiməsə irad tutmasını başa düşmək çox çətindir
BMT-nin keçmiş baş katibi Pan Gi Mun İranın Livandakı “Hizbullah” hərəkatına silah verməklə, silah embarqosu ilə bağlı razılaşmanı poza biləcəyindən narahat olduğunu bildirib. Politoloq Fikrət Sadıxov deyir ki, Pan Gi Mun uzun illər BMT-nin baş katibi olub və bu vəzifədə olarkən hansısa bir ciddi məsələni həll edə bilməyib: “İndi postunu tərk edəndən sonra kimisə günahlandırır, kimdənsə narahatdır, kiməsə irad tutur. Bunu başa düşmək çox çətindir”.

“Əlbəttə ki, Yaxın Şərqdə, xüsusən də Livanda müəyyən konkret addımlar atılmalıdır. Livanda uzun illər ərzində vətəndaş müharibəsi gedib. Amma burada bir tərəfi günahlandırmaq, digər tərəfi isə günahlandırmamaq düzgün deyil. Burada bir neçə maraqlı tərəf var. Livanda bir sıra təşkilatlar təmsil olunur, burada aparıcı dövlətlərin maraqları da var. Əgər Pan Gi Mun həqiqətən bu məsələnin həllində maraqlıdırsa, xüsusi bir görüş təşkil edib bu ideya ilə çıxış edə bilər. Hələ gec deyil” — deyə o bildirib.

Xəbər lenti
0