Bəxtiyar Hacıyev: Kifayət qədər əsaslı sübutlar olmasa, fərqli kəşfiyyat qurumlarının eyni mövqedən çıxış etməsi mümkün olmazdı.
Mərkəzi Kəşfiyyat İdarəsi iddia edir ki, Kreml ABŞ-da 2016-cı il noyabrın 8-də keçirilən prezident seçkilərinə müdaxilə edib və demokratların namizədi Hillari Klintonun məğlub olması üçün var gücü ilə çalışıb. Mövzunu “Sputnik” üçün şərh edən Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, ABŞ-da kəşfiyyat icması tək bir qurumdan, ya da təşkilatdan ibarət deyil:
“Kifayət qədər əsaslı sübutlar olmasa, fərqli kəşfiyyat qurumlarının eyni mövqedən çıxış etməsi mümkün olmazdı. Hazırlanan həmin raport ABŞ senatında xüsusi dinləmələrdən keçir və prezidentə təqdim olunur".
“Yəni, bu hesabat ictimaiyyətə təqdim olunmazdan əvvəl bir neçə qurumdan və mərhələdən keçir. Əgər hansısa siyasi oyun olsa idi, respublikaçıların həm Senatdakı, həm də Konqresdəki nümayəndələri, o cümlədən Tramp administrasiyasında təmsil olunacaq şəxslər o hesabatı sorğulaya bilərdilər. Düşünürəm ki, real hesabatdır” — Hacıyev bildirib.