BAKI, 9 yan — Sputnik. Türkiyənin Baş naziri Binəli Yıldırım PKK terror təşkilatının İraqın şimalında düşərgə salmasına imkan verməyəcəklərini bildirib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, o, bu barədə dünən Şimali İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşündə deyib.
Sincar bölgəsində terror təşkilatının mövcudluğunun qəbuledilməz olduğunu vurğulayan Yıldırım, bunun Türkiyənin milli təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdırıb: "Əgər İraq rəhbərliyi o bölgəni terrorçulardan təmizləyə bilməsə, təmizlik işini türk ordusu aparacaq".