Türk filmlərinin əfsanəsi ağır günlər yaşayır

© Photo : f5haber.comAktrisa Fatma Girik
Aktrisa Fatma Girik - Sputnik Azərbaycan
Abunə olmaq
Fatma Girik: "Özüm üçün sağlamlıq, ölkəm üçün rifah diləyirəm. Xahiş edirəm, gəlin artıq bir olaq"

BAKI, 9 yan — Sputnik. Klassik türk filmlərinin əfsanəvi aktrisası Fatma Girik ikinci əməliyyatdan sonra ağır günlər yaşayır. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bu barədə aktrisanın özü danışıb.

"Uzun zamandır evimdə istirahət edirəm. 10 gündən bir xəstəxanaya gedərək maqnetik rezonansdan keçirəm. Vəziyyətimi soruşsanız, açığı elə də yaxşı deyiləm" — aktrisa bildirib.

F. Girik ölkəsində son günlər yaşanan terror hadisələrinə də toxunub: "Özüm üçün sağlamlıq, ölkəm üçün rifah diləyirəm. Xahiş edirəm, gəlin artıq bir olaq. Zaman birlik zamanıdır".

Xəbər lenti
0