BAKI, 9 yan — Sputnik. Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu hakim AK Partiyaya üzv olmaq niyyətindədir. O, bu məqsədlə bu gün AKP-nin baş qərargahına müraciət edib.
— Harun Bilir (@hrnblr66) 9 января 2017 г.
Sputnik Sözcü-yə istinadən xəbər verir ki, bu barədə Cəlal Kılıçdaroğlu özü jurnalistlərə açıqlama verib. O, CHP sədri və böyük qardaşı olan Kamal Kılcdaroğlu ilə AKP-yə üzv olmasını müzakirə etməyəcəyini də deyib.
— Celal Kılıçdaroğlu (@cllkilicdaroglu) 9 января 2017 г.