Azərbaycan Prezidenti İran rəhbərliyinə başsağlığı verdi

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi"

BAKI, 9 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə, bu ölkənin görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatından dolayı başsağlığı verib. Bu barədə Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

"Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınıb. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə vermişdir. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm" — İlham Əliyevin başsağlığı məktubunda bildirilir.

Xəbər lenti
0