Bu avtomobillərlə bağlı "həyəcan siqnalı" verildi

© REUTERS / Imelda MedinaVolkswagen avtomobil şirkəti
Volkswagen avtomobil şirkəti - Sputnik Azərbaycan
Abunə olmaq
"Volkswagen" şirkəti 2012-2015-ci illərdə istehsal etdiyi avtomobillərini geri çağırır

BAKI, 9 yan — Sputnik. "Volkswagen" şirkəti əyləc sistemindəki qüsurla əlaqədar olaraq Çindəki 50 minə yaxın avtomobilini geri çağırıb. Sputnik-in məlumatına görə, bunu ÇXR-in Keyfiyyətə nəzarət, təftiş və karantin üzrə Dövlət İdarəsi (AQSIQ) açıqlayıb. 

Geri çağırılacaq maşınlardan 44 mini 2012-ci ilin 1 iyulundan 2015-ci ilin 6 avqustuna qədər istehsal olunmuş "Beetle" modeli, 4,5 minə qədəri isə 2012-ci ilin 1 iyulundan 2013-cü ilin 6 iyuluna qədər istehsal olunmuş "Golf" modelidir.

Bakı Avtomobil Satışı Mərkəzi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtomobil bazarında böyük bahalaşma

"Göstərilən avtomobillərin kruiz-nəzarətindən uzun müddət istifadə edildikdən sonra onların əyləclərinin vakuum gücləndiricilərində və hava filtrində nasazlıq meydana gəlir ki, nəticədə əyləc pedalının işində problem yaranır və bu, qəza vəziyyəti yaradır" — deyə AQSIQ-ın məlumatında bildirilir.

AQSIQ sözügedən modellərin istifadəçilərini öz həyatlarını təhlükə altına atmamağı və avtomobillərini "Volkswagen"in zavodlarına geri qaytarmağı məsləhət görür. Şirkətin çağırışına cavablar fevralın 6-dan etibarən başlayır. "Volkswagen" əyləc sisteminin dəyişdirilməsini pulsuz həyata keçirməyə söz verir.

Qeyd edək ki, azərbaycanlı istehlakçılar da "Volkswagen"in bütün markalarından istifadə edirlər. Avtomobilləri sözügedən tarixlərə uyğun gələn istifadəçilər "Volkswagen"in mərkəzi ofisi, yaxud da ölkəmizdəki distributoru ilə əlaqə saxlayaraq vəziyyətə aydınlıq gətirə bilərlər.

"Volkswagen" konserni Avropanın ən böyük avtomobil istehsalçılarındandır. O, özündə "Volkswagen", "Audi", "Skoda" və "Seat" markalarını birləşdirir. "Lüks" sinfindən olan "Lamborghini", "Bentley" və "Bugatti" kimi məşhur brendləri də bu korporasiyanın bölmələri istehsal edir. Bu korporasiyanın bölmələri, həmçinin "Volkswagen Commercial Vehicles" və "Scania" yük avtomobillərini də istehsal edir.

Xəbər lenti
0