BAKI, 9 yan-Sputnik. Türkiyədə dollar rekord qırmağa davam edir.
Sputnik bloomberg-ə istinadla xəbər verir ki, Türkiyədə sənaye istehsalı üzrə statistika açıqlandıqdan sonra da türk lirəsi itkilərini davam etdirib.
Bu gün keçirilən ticarət sessiyasında dollar 3.7337 lirəyədək bahalaşıb.
Türk lirəsi “Bloomberg” tərəfindən təqib edilən 24 inkişaf edən bazar arasında ən pis nəticə göstərən pul vahidi olub. Lirənin dollar qarşısında itkiləri gün ərzində 2,5%-i keçib.
Qeyd edək ki, hazırda Türkiyədə avro 3.92-i ötüb.