BAKI, 8 yan — Sputnik. ABŞ dövlət katibi Con Kerri seçilmiş prezident Donald Trampın Twitter-dəki səhifəsini beynəlxalq siyasət məsələləri üzrə yaxşı kommunikasiya vasitəsi saymadığını bəyan edib.
"Mən beynəlxalq siyasət barədə Twitter-də bəyanat vermirəm. Düşünmürəm ki, 140 işarə çətin seçimlərin öhdəsindən düzgün gəlməyimizə yardım edə bilər", — deyə Kerri Trampın Rusiya və Tayvan barədə tvitləri barədə suala cavab verərkən bildirib.
Dövlət katibi yeni ABŞ hökumətinin başqa növ kommunikasiyaya üstünlük verəcəyinə ümid etdiyini vurğulayıb.
"Lakin bu yeni administrasiyadan asılıdır", — deyə Kerri qeyd edib.