BAKI, 8 yan — Sputnik. Böyük Britaniya Antidopinq agentliyinin (UKAD) rəhbəri Devid Kenvorti hesab edir ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməməlidir.
"Düşünürəm ki, Rusiya idmançılarını 2018-ci ilin Olimpiya oyunlarından kənarlaşdırmaq lazımdır. Fikrimcə, onları hələ yayda Olimpiadadan kənarlaşdırmaq lazım idi. IPC (Beynəlxalq Paralimpiya Komitəsi) düz edib Rusiyanı kənarlaşdırdı, BOK (Beynəlxalq Olimpiya Komitəsi) isə hər şeyi korladı", — deyə Kenvorti bildirib.
O əlavə edib ki, bu məsələyə "həddindən çox siyasət qarışıb" və bu problemdir. Kenvortinin sözlərinə görə, Rusiyanın etdikləri Ceyms Bond haqqında əsərdən də inanılmazdır və belə məsələlər bütün idmanı alçaldır.