BAKI, 8 yan — Sputnik. Qüds şəhərində naməlum şəxsin yük maşınını hərbçilərin üzərinə sürməsi nəticəsində ən azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
RİA Novosti xəbər verir ki, yerli polis hadisəni terror aktı adlandırıb.
"Polis hadisəni törədən terrorçu haqqında məlumat toplayır", — deyə polisin mətbuat xidmətinin məlumatında bildirilir.
Həmçinin sözügedən şəxsin güllələndiyi qeyd olunur.