BAKI, 8 yan — Sputnik. ABŞ Hərbi Hava Qüvvələri taktiki hərbi təyyarələr üçün lazer silahı barədə müvafiq elmi-tədqiqat mərkəzlərinə sorğu göndərib. Sorğu qurumun saytında yanvarın 5-də yerləşdirilib.
Bu sorğu yeni nəsil lazer vasitələri yaradılması üzrə LANCE (Laser Advancements for Next-generation Compact Environments) layihəsi çərçivəsində edilib.
Söhbət yeni və perspektivli qırıcılarda müdafiə məqsədli lazer silahının yerləşdirilməsindən gedir.