Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Diana Hacıyeva: "Səhnəyə istənilən geyimdə çıxmağa hazıram"

© Photo : D.Hacıyevanın şəxsi arxiviDiana Hacıyeva
Diana Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanı “Avroviziya-2017”də təmsil edəcək iştirakçı istənilən eksperimentə hazırdır

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 8 yan — Sputnik. “Avroviziya” musiqi yarışması iştirakçıları böyük səhnədə nəhəng kameralar qarşısına çıxmağa vadar edən nəhəng eksperimentdir. Sputnik-in "DiHaj" qrupunun solisti, Azərbaycanı “Avroviziya-2017” müsabiqəsində təmsil edəcək Diana Hacıyeva ilə müsahibəsi bu barədədir. 

— Diana, 2016-cı il sizin "DiHaj" qrupu üçün necə olub?

— Bütün dünya üçün 2016-cı il kifayət qədər çətin idi, amma bizim üçün çox səmərəli, məhsuldar olub, çünki çoxlu yaradıcılıq uğurlarımız olub. Buna görə də, şikayətlənmək üçün əsasımız yoxdur. Yaşımızın az olmasına baxmayaraq, kollektivimizin zəngin yaradıcılıq yolu var. Ən mühüm nailiyyətlərimizdən biri odur ki, bizim qrup ilk dəfə Gürcüstanda Tbilisi Open Air Alter Vision, Amsterdamda Women in paradise və Litvada "Kulturas Naktis" beynəlxalq festivallarında çıxış edib. Bu, bizim üçün yaxşı təcrübə və öz musiqimizi təbliğ etmək üçün böyük imkan idi. Bütün bunlarla yanaşı, biz "Debut of the year" nominasiyasında “Feniks” Qafqaz musiqi mükafatını (Caucausian Music Awards) qazanmışıq. Eyni zamanda biz debüt albom yazmağa başlamışıq, amma onun nə vaxt işıq üzü görəcəyini dəqiq deyə bilməyəcəm. Bir neçə gün əvvəl biz "Eşqini aşağı sal" mahnısının klipi ilə ortaya çıxmışıq. Bizim qrupun treki repçi Uranın sözlərinə yazılıb. Bizim layihə çox ekssentrik və sosial alınıb. Klipin art-direktoru Sitarə İbrahimovadır. Orada Nigar Səmədzadə və Tamerlan Xəlilov iştirak edib. Bu mahnı özünə sadiq qalmağı və başqalarının qərarlarını rədd etməyi özündə ehtiva edən sevgi vədi haqqındadır. 

 Sizə elə gəlmirmi ki, klip bir qədər təxribat xarakterli alınıb? 

— Razıyam, amma qeyd edim ki, klipə baxan zaman mən zərrə qədər də olsun bayağılıq görmürəm. Onu hər kəs öz əxlaqı çərçivəsində anlayır. Mən bütün insanları sevirəm və onların yumor hissini nəzərə alıram. Mən klipimizi baxımlı və parlaq videoçarx adlandırardım. 

 Sizə solo çıxış etmək asandır, yoxsa duetlə? 

— Mən uzun müddət Rauf Babayevin "Bəri bax" qrupunda çıxış etmişəm. O yaxşı insan və müəllimdir. Rauf müəllim mənə çox şey öyrədib. Qrupdan çıxandan sonra solo oxumağa qərar verdim, amma başa düşdüm ki, mən kollektivin tərkibində musiqi vahidi olmaq istəyirəm. Bu əvəzolunmaz hissdir: sən səhnədə tək deyilsən, komanda ilə birlikdəsən və biz birlikdə kərpic-kərpic bu musiqini qururuq. İki il əvvəl mən Əli Nəsibov və Anar Abdullayevlə birlikdə bu qrupu qurmağa qərar verdik. Biz bütün xətləri ortada birləşən üçbucaq kimiyik. Mən qrupda oxumağıma peşman deyiləm. Mənə səhnəyə kollektivlə çıxmaq daha asandır, nəinki təkcə. 

© Photo : D.Hacıyevanın şəxsi arxiviDinara Hacıyeva: mənə səhnəyə kollektivlə çıxmaq daha asandır, nəinki tək.
Dinara Hacıyeva: mənə səhnəyə kollektivlə çıxmaq daha asandır, nəinki tək. - Sputnik Azərbaycan
Dinara Hacıyeva: mənə səhnəyə kollektivlə çıxmaq daha asandır, nəinki tək.

 Diana, təəssüf ki, heç də hamı sizin musiqini başa düşmür. Sizi tənqid edənlərə nə sözünüz var? 

— Düşünürəm ki, ildən ilə dinləyicilərimizin sayı artır. Başa düşürəm ki, bizim qrupun üzvləri  formatlanmış, biçilmiş uşaqlar deyil. Mən və həmkarlarım bundan zərrə qədər də narahat olmuruq. Bizim öz dinləyicilərimiz var. Onlar bizim bütün konsertlərimizə gəlirlər. Hazırda hər gün cəmiyyət, eləcə də insanların musiqi zövqü dəyişir. Hazırkı zəmanədə nəinki biz ifaçıların, eləcə də rəssamların, bəstəkarların danışmağa və göstərməyə nələrisə var. 

 "DiHaj" kommersiya cəhətdən sərfəli layihədir?

— Düşünürəm ki, bəli. Mən solo çıxış edəndə, yalnız populyar mahnıları oxuyurdum. Çünki Azərbaycan tamaşaçısı yalnız belə bəstələri sevir. Bizim komanda da özəl tədbirlərə gedir, müxtəlif ziyafətlərdə və tədbirlərdə çıxış edirik. Bizə xüsusilə xoşdur ki, son zamanlar adamlar bizi öz mühüm tədbirlərində görmək istəyirlər. Onda biz təkcə məşhur mahnıları deyil, həm də öz kompozisiyalarımızı ifa edirik. Çünki insanlar özləri bunu bizdən xahiş edirlər. Ona görə də bizim məhsulumuz hazırda relsə düşüb və lazımi sürəti yığır. Düşünürəm ki, tez, ya da gec, bu, öz bəhrəsini verəcək. Biz hamımız buna inanırıq. 

© Photo : D.Hacıyevanın şəxsi arxiviDiana Hacıyeva: məndən ölkəmizi yüksək səviyyədə təmsil etmək tələb olunur və mən bunu edəcəyəm.
Diana Hacıyeva: məndən ölkəmizi yüksək səviyyədə təmsil etmək tələb olunur və mən bunu edəcəyəm.  - Sputnik Azərbaycan
Diana Hacıyeva: məndən ölkəmizi yüksək səviyyədə təmsil etmək tələb olunur və mən bunu edəcəyəm.

 2016-cı ildə sizin üçün ən əlamətdar hadisələrdən biri də ölkəmizi “Avroviziya-2017” beynəlxalq musiqi müsabiqəsində müğənni kimi təmsil etmək şərəfinə layiq görülməyinizdir. Siz özünüz bunu gözləyirdiniz?

— “Avroviziya-2017” milli mahnı müsabiqəsinin münsifləri dekabrın 5-də bu mahnı müsabiqəsində ölkəmizi təmsil etməyi mənə həvalə etdilər. Hər il müsabiqənin formatı dəyişir və mən bunun bariz nümunəsiyəm. Şadam ki, münsiflər məhz məni seçiblər. Onlar mənə özümü qətiyyən dəyişmədən çıxış etmək imkan verdilər. “Avroviziya” müsabiqəsinə mənə böyük səhnədə nəhəng ölçüdə kameraların qarşısında çıxış etməyə imkan verən böyük bir eksperiment kimi baxıram. Bu çox əladır. Məndən ölkəmizi yüksək səviyyədə təmsil etmək tələb olunur və mən bunu edəcəyəm. 

 Müsabiqədə hansı mahnı ilə çıxış edəcəyiniz sizə məlumdur? 

— Təəssüf ki, hələ yox. Təkliflər çoxdur. Ən əlverişli variantı seçmək lazımdır. İnanıram ki, mənə uzaq janrda olan mahnını təklif etməyəcəklər. Əgər məni seçiblərsə, demək insanlar nə lazım olduğunu bilirlər. Mən bütün yeni eksperimentlərə hazıram. Bu mənim imicimlə də bağlıdır. Mən mənə deyilən istənilən formada səhnəyə çıxmağa hazıram. Ola bilsin ki, bu, hətta mənim xoşuma gələcək. Biz 6 ay ərzində obrazlarla, quruluşla eksperimentlər aparacağıq, hələ vaxtımız çoxdur. 

© Photo : D.Hacıyevanın şəxsi arxiviDinara: əgər məni seçiblərsə, demək insanlar nə lazım olduğunu bilirlər.
Dinara: əgər məni seçiblərsə, demək insanlar nə lazım olduğunu bilirlər.  - Sputnik Azərbaycan
Dinara: əgər məni seçiblərsə, demək insanlar nə lazım olduğunu bilirlər.

 Siz özünüzü bu müsabiqəyə tamamilə hazır hesab edirsiniz? 

— Bəli. Keçən il bu müsabiqədə Səmra Rəhimovanın bek-vokalçısı kimi iştirak etmişəm. Hər şeyi daxildən görmüşəm, ona görə də məni heç nə qorxudub-hürkütmür. Bu, keyfiyyətli məhsul əldə etməyə çalışan böyük bir komandanın adi işçi prosesidir, amma “Avroviziya” çərçivəsində. 

Xəbər lenti
0