Bu ölkənin liderini aradan götürmək üçün xüsusi dəstə yaradılır

© PhotoCənubi Koreya hərbiçiləri
Cənubi Koreya hərbiçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Cənubi Koreya Kim Çen Inı aradan götürmək üçün xüsusi dəstə yaradırlar.

BAKI, 8 yan — Sputnik. Cənubi Koreyada Şimali Koreya rəhbərliyinin aradan götürülməsi üçün xüsusi dəstə yaradılır. Bur barədə "Renhap" agentliyinə Cənubi Koreya ordusundakı mənbələrdən məlum olub.

Xəbərə əsasən, dəstəyə ABŞ xüsusi təyinatlıları da daxil ediləcəklər.

Dəstəyə 2 min nəfərədək insan daxil ola bilər. 

Xüsusi dəstənin qarşısında Şimali Koreya lideri Kim Çen In və digər rəhbər şəxslərin aradan götürülməsi tapşırığı qoyulacaq. Rəhbərlik Cənubi Koreya nümayəndələrinin əlində olacaq.

Əməliyyatdan öncə xüsusi təyinatlı dəstə bir neçə təlim keçəcək. 

Xəbər lenti
0