BAKI, 7 yan – Sputnik. Türkiyədə daha 6 min dövlət məmuru vəzifəsindən azad edilib. Sputnik Haber50-yə istinadən xəbər verir ki, qərar Fövqəladə Vəziyyət çərçivəsində Qanun Hökmündə Qərar əsasında verilib.
İşdən çıxarılanlar arasında polislər, ədliyyə və səhiyyə qurumlarında çalışan məmurlar, o cümlədən professorlar da var. Həmin şəxslər ötəən il iyulun 15-də dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir.