BAKI, 7 yan – Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım İraqa rəsmi səfər edib.
Sputnik xəbər verir ki, baş naziri müdafiə naziri Fikri İşık, təhsil naziri İsmet Yılmaz, enerji və təbii sərvətlər naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Bülent Tüfenkci müşayiət edib.
Binəli Yıldırım paytaxt Bağdadda İraq prezidenti Fuad Məsum və nümayəndələr palatasının sədri Səlim Cuburi ilə görüşəcək.
Görüşlərini tamamladıqdan sonra türk baş nazir Ərbildə Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və baş nazir Neçirvan Bərzani ilə də görüşəcək.