Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 yan — Sputnik. Yanvarın 5-i axşam saatlarında Zaqatala şəhəri Azərbaycan prospektindəki binalardan birində yaşayan, 1987-ci il təvəllüdlü Müseyib Akif oğlu Hüseynov sol qolunun çoxsaylı kəsiyi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanadan Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, müayinə zamanı məlum olub ki, M. Hüseynov hələlik məlum olmayan səbəbdən intihar etmək istəyib. O, bu məqsədlə kəsici alətlə özünə xəsarət yetirib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.