İzmir terrorunda şübhəli bilinən 18 nəfər həbs olunub

© Photo : mansethaber.comBəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Bu terror PKK-nın təlimatı ilə törədilib"

BAKI, 6 yan — Sputnik. Dünən axşam Türkiyənin İzmir şəhərində törədilən terror aktı ilə bağlı 18 nəfər şübhəli şəxs həbs edilib. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ hadisə günü terrorçularla atışmada şəhid olan polis Fethi Sekin və ədliyyə məmuru Musa Canın yas mərasimində deyib.

"Terrorla mübarizəmizi davam etdirəcəyik. Artıq 18 nəfər saxlanılıb. Onlar PKK-nın üzvləridir. Bu terror məhz PKK-nın təlimatı ilə törədilib", — nazir vurğulayıb.

Xatırladaq ki, İzmir şəhəri məhkəmə binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 2 terrorçu öldürülüb, 10 nəfər mülki şəxs isə yaralanıb.

Xəbər lenti
0