BAKI, 6 yan — Sputnik. İranın cənubunda yerləşən Fars əyalətində 5.1 bal gücündə zəlzələ baş verib. Nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Sputnik Ajans Haber-ə istinadən xəbər verir ki, yeraltı təkanın episentri Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub. Məlumata görə, ölənlərin hamısı təsərrüfat işləri ilə məşğul olan Əfqanıstan vətəndaşlarıdır.