BAKI, 6 yan — Sputnik. Son həftə ərzində Braziliyada ikinci dəfə həbsxanada üsyan baş verib. Bu dəfəki üsyan xəbəri ölkənin şimalından gəlib.
Sputnik xəbər verir ki, üsyan Roryma ştatının Monte-Kristo həbsxanasında yaşanıb. Azı 33 məhbusun hadisədə öldüyü bildirilir.
Polis və hərbçilər hadisənin baş verdiyi həbsxana ərazisinə gəliblər. Hələlik üsyanın səbəbi barədə dəqiq məlumat yoxdur.