Dünya bu faciə qarşısında sarsıldı

Abunə olmaq
Ana laqeydliyi dəhşətli nəticəyə səbəb olub

BAKI, 6 yan — Sputnik. Çində ana laqeydliyi nəticəsində 4 yaşlı uşaq həyatını itirib. Başı telefonda kiminləsə yazışmağa qarışan ana, suda boğulan uşağına məhəl qoymayıb və böyük faciə yaşanıb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə South China Morning Post qəzeti məlumat yayıb. Hadisə yanvarın 3-də Syansyan şəhərinin Şensi əyalətində yerləşən su hovuzlarının birində baş verib. Başıboş ana oğlu ilə yanaşı 6 yaşlı qızını da üzməyə gətiribmiş.

Sina portalının yayımladığı videodan aydın görünür ki, oğlunun boğulmasına baxmayaraq, ondan bir neçə metr kənarda dayanmış ana arxasını ona sarı çevirərək telefonla kiminləsə yazışır. Yazışmanı qurtarandan sonra isə qadın heç nə olmamış kimi hovuzun başqa səmtinə tərəf gedir. Dəhşət ondadır ki, həmin vaxtı hovuzda olan şəxslərdən heç biri batan uşağa əhəmiyyət verməyib.

Məlumata görə, hovuzun uşaqlar üçün olan hissəsinin dərinliyi 30 sm olsa da, uşaq üzərək dərinliyi 1,3 metr olan hissəyə keçibmiş. Körpə cəmi 3 dəqiqə ərzində həyatını itirib. Onun cəsədini yalnız bir saatdan sonra hovuzun dibindən çıxarıblar.

Xəbər lenti
0