Ankara Vaşinqtona ultimatum verdi

© REUTERS / Revolutionary Forces of Syria Media Office/HandoutTürk ordusu
Türk ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Türk ordusu ABŞ-ın dəstək verdiyi təşkilata qarşı hərbi əməliyyata başlayacaq

BAKI, 6 yan — Sputnik. "Amerika bizə verdiyi sözü tutmadı. Halbuki, amerikalı dostlarımız PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin Fərat çayının şərqinə çəkiləcəyinə söz vermişdi. Lakin biz görürük ki, PYD terrorçuları hələ də Menbiç bölgəsində qalmaqda davam edirlər".

Sputnik xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Fikri Işık özəl telekanalların birinə müsahibəsi zamanı deyib. Nazir əlavə edib ki, əgər yaxın müddət ərzində ABŞ sözünü tutmasa, türk ordusu Menbiçə girərək PYD terrorçularını bölgədən təmizləyəcək.

"Biz ABŞ-ın verdiyi sözü tutacağına ümid edirik. O bölgə tamamilə öz xalqı tərəfindən, yəni ərəblər tərəfdən idarə edilməlidir", — Işık vurğulayıb.

Xəbər lenti
0