BAKI, 6 yan-Sputnik. Ərəb turistlərin Bakıya axın etməsi fürsəti fövtə vermək istəməyən bəzi cibgirlər üçün əsl bayrama çevrilib. Qadınların "varlı ərəb"i soymaq arzusu isə bəzən dəmir barmaqlıqlar arasına düşmələrinə gətirib çıxarır.
Yanvarın 4-də Bakıda Birləşmiş Ərəb Əmirliyi vətəndaşları qarət edilib. Sputnik Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadla xəbər verir ki, həmin gün Səbail rayonunun Neftçilər prospektindəki hotellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları, Muhammed Muammar Abdullahın yaşadığı otaqdan isə 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.