SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə hökumətindən Suriya ilə bağlı tarixi etiraf

© REUTERS / Khalil AshawiTürk hərbi texnikası Suriyanın əl-Rai şəhərində, 5 yanvar 2017-ci il
Türk hərbi texnikası Suriyanın əl-Rai şəhərində, 5 yanvar 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət sözçüsü: İndi bu səhvləri təmir edirik, düzəldirik

BAKI, 5 yan – Sputnik. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ölkəsinin Suriya siyasətinin əvvəldən yanlış olduğunu etiraf edib. “İlk gündən etibarən Suriya ilə bağlı yürüdülən siyasətin səhv olduğunu düşünənlərdənəm. İndi bu səhvləri təmir edirik, düzəldirik”, — hökumət sözçüsü bildirib.

Hürriyet qəzetinə müsahibə verən N.Kurtulmuş, Türkiyə hökümətinin Suriya prezidenti Bəşər Əsədin siyasi gələcəyi ilə bağlı mövqeyində dəyişiklik olmadığını ifadə edib. 

“Təbii ki, zalım Əsəd rejiminin yanında yer alacaq deyilik. Belə bir qatilin vəzifə başında dayanmasının insani olmadığını düşünürük”, — deyə baş nazirin müavini vurğulayıb.

Xəbər lenti
0