Türkiyənin bu addımı ABŞ-a böyük zərbə ola bilər

© AP Photo / Plinio Lepriİbrahim Kalın
İbrahim Kalın - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankara İncirlik hərbi bazasını bağlamağı düşünür

BAKI, 5 yan — Sputnik. Türkiyə hökuməti, Amerika və NATO hərbi hava qüvvələrinin Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı istifadə etdiyi İncirlik hərbi bazasını bağlaya bilər. Sputnik xəbər verir ki, bu barədə açıqlama Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalından gəlib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar və Amerikanın Baş Qərargah rəisi Cozef Danford - Sputnik Azərbaycan
"İncirlik" hərbi bazasında sürpriz görüş

O, qeyd edib ki, rəsmi Ankara dəfələrlə Vaşinqtonu xəbərdar edib ki, Suriyadakı YPG silahlılarına hərbi yardım göstərməsin: "Biz amerikalı dostlarımıza bu həssaslığımızı dəfələrlə çatdırmışıq. Biz YPG-ni PKK terror təşkilatının qolu olaraq görürük. Lakin təəssüf ki, ABŞ hələ də İŞİD-lə mübarizə çərçivəsində YPG-ni tərəfdaş olaraq görür".

Bununla belə, İbrahim Kalın əlavə edib ki, İncirlik hərbi bazasının bağlanıb-bağlanmayacağına Donald Tramp vəzifəyə gəldikdən sonra qərar verəcəklər: "Yeni prezident Trampın izləyəcəyi siyasəti görmədən qərar verməyi düşünmürük".

Xəbər lenti
0