CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirkət əməkdaşlarını robotla əvəz edəcək

© Photo : buyourobot.comRobot, arxiv şəkli
Robot, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək.

BAKI, 5 yan — Sputnik. Yaponiyanın “Fukoku Mutual Life Insurance” sığorta şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək.

“IBM Watson” texnologiyası əsasında yaradılmış süni intellektə malik yeni “əməkdaşlar” hələ ki, ödənişlərin qiymətləndirilməsi bölməsində işləyəcəklər. Onlar tibb, sığorta haqqında hesabatlar və digər sənədləri emal edəcəklər. Daha əvvəl bu sənədləri 130-dan çox əməkdaş hazırlayırdı. Onlar ildə 130 mindən çox sığorta hadisəsini təhlil edirdilər.

AZƏRTAC xəbər verir ki, şirkətin süni intellektə keçidlə bağlı qərarı nəticəsində 34 əməkdaş ixtisar ediləcək və bu, ildə təxminən 1,2 milyon dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcək.

Xəbər lenti
0