BAKI, 5 yan — Sputnik. Türkiyənin İzmir şəhərində baş verən terror aktının təfərrüatları məlum olub. Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, mühafizə xidmətinin əməkdaşları İzmir məhkəmə binasında hakim və prokurorların istifadə etdiyi qapıya yaxınlaşan 3 terrorçunu görərək müdaxilə ediblər. Bunu görən terrorçular avtomobilə yerləşdirilən partlayıcı qurğunu işə salıblar.
Terrorçulardan ikisi yerindəcə öldürülüb. Sağ qalan terrorçunun tutulması istiqamətində əməliyyat keçirilir. Son məlumata görə, terror aktı nəticəsində 1 polis əməkdaşı və 1 dinc sakin şəhid olub, daha 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.