BAKI, 5 yan — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayının iclasının protokolları açıqlandıqdan sonra türk lirəsi (TL) yenidən dəyərsizləşib. Sputnik bloomberght-ə istinadən xəbər verir ki, Türkiyədə bu gün dollar 3.6401 məzənnəsi ilə tarixi zirvəyə yüksəlib.
Məzənnə daha sonra 3.62-yə düşüb. Türk lirəsi bu gün ən böyük enişə məruz qalan valyuta olub. Bu gün səhərə olan məlumata görə, avro/TL nisbəti də 3.80-i keçib.
USD/TL nisbəti çərşənbə axşamı günü 3.6042 ilə tarixi zirvəyə yüksəlmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında, başda Mərkəz Bank və ictimai banklar olmaqla, faizlərin aşağı çəkilməsinin lazım olduğunu qeyd etmişdi.