BAKI, 5 yan — Sputnik. Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-230, Kiçik Qafqazın çaylarında 160-310, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 93 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 37 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 14 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 468 sm (2016-cı il yanvarın 5-də 458 sm), Şirvanda 377 sm (2016-cı il yanvarın 5-də 339 sm), Salyanda 331 sm (2016-cı il yanvarın 5-də 277 sm), Bankədə 251 sm (2016-cı il yanvarın 5-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2016-cı il yanvarın 5-də 195 sm) təşkil edir.