BAKI, 5 yan — Sputnik. "Bank Respublika" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Sputnik-ə bankın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə Asəf Namazov gətirilib. O, indiyə qədər "Bank Respublika"nın Müşahidə Şurasının (MŞ) üzvü olub. Bundan əvvəl İH-yə rəhbərlik etmiş Xədicə Həsənovanın isə MŞ-ya üzv seçilməsi nəzərdə tutulur.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.