Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda "Axtarış" başladı

© şəxsi arxivindənPərviz Məmmədrzayev, aktyor
Pərviz Məmmədrzayev, aktyor - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Özünü gələcəkdə bu ixtisaslar ixtisaslaşmış üzrə kadr kimi görmək istəyənlər, bu yaradıcılıq emalatxanasına müraciət edə bilərlər

BAKI, 5 yan — Sputnik. Paytaxtda yeni yaranmış müstəqil yaradıcılıq emalatxanası fəaliyyətə başlayıb. Sputnik xəbər verir ki, "Axtarış" adı ilə fəaliyyət göstərən emalatxanada peşəkar səviyyədə sənətə yiyələnmək istəyən şəxslər ixtisaslaşmış, təcrübəli müəllimlərdən dərs alacaqlar.

Emalatxanada aktyor sənəti (iki proqram əsasında: abituriyent və peşəkar hazırlıq), rejissor sənəti (iki proqram əsasında: abituriyent və peşəkar hazırlıq), milli və klassik rəqs, aktyor sənətində döyüş texnikası, plastika, bədən dili, gimnastika, nitq mədəniyyəti, rəssamlıq və dizayn, fotoqrafiya sənəti və ssenari yaradıcılığı tədris olunur.

Tam kursu bitirən tələbələrə sertifikat təqdim olunacaq. Onlar, həmçinin gələcək fəaliyyətləri üzrə istiqamətləndiriləcəklər.

Özünü gələcəkdə bu ixtisaslar üzrə ixtisaslaşmış kadr kimi görmək istəyənlər "Axtarış" yaradıcılıq emalatxanasına müraciət edə bilərlər. Artıq qeydiyyat başlayıb. Qəbul üzrə yerlər məhduddur.

Qeyd edək ki, "Axtarış" yaradıcılıq emalatxanasının bədii rəhbəri respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Pərviz Məmmədrzayevdir.

Xəbər lenti
0