Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-Rusiya qarşıdurmasında Bakıdan mövqe tələb olunur

© Sputnik / Alexei DruzhininRusiya dövlət başcısı Vladimir Putin və ABŞ prezidenti Barak Obama
Rusiya dövlət başcısı Vladimir Putin və ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Polşa, Rumıniya və Azərbaycan qurulacaq yeni alyansın yeni postları olmalıdır

BAKI, 5 yan — Sputnik. Rusiya və ABŞ dünyada təsir imkanlarının artırılması uğrunda yeni nüfuz savaşına başlayır. Müasir ABŞ strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni artıq yumşaq güclə əvəzləyir. ABŞ öz hərbi gücünün ustünlüyünü Panama, Somali, Kosova, Əfqanıstan və İraqda birbaşa nümayiş etdirib və artıq yeni doktrinaya üstünlük verir.

Karlovun qətli - Sputnik Azərbaycan
TƏHLİL
Ərdoğan vəziyyətdən necə çıxacaq?

Lakin artıq Vaşinqtonun bölgədəki əsas müttəfiqlərindən olan Ankara yeni blok — Rusiya-Türkiyə-İran barədə düşünür. Kreml də proseslərə daha fəal təsir edir. Ona görə də, ABŞ Rusiya ilə münasibətində öz hərbi qüvvələrindən istifadəyə gətirə biləcək qədər eskalasiyaya yol verə bilməz. Əgər ABŞ hərbi komponentdən istifadə etməklə Rusiya ilə qarşıdurmaya getməyə qərar verərsə, bunun üçün ona rus hərbi qüvvələrinin daha geniş sahəyə səpələnməsindən ötrü stabil perimetr lazım olacaq.

Belə strategiya üçün ideal mexanizm mühüm ölkələrin daxil olduğu NATO alyansıdır. Lakin son illər bəlli olur ki, NATO qeyri-effektiv alyansdır. O, indiki qarşıdurma xəttindən uzaqda olan ərazilərdə "soyuq müharibə" aparmaq üçün yaradılmışdı. Bundan əlavə, o zamanlar SSRİ-nin Qərbi Avropa üçün təhlükə olması fikri yekdil idi.

İndi həmin yekdillik yoxdur. Müxtəlif ölkələrin Rusiya haqqında fərqli fikirləri var. Sadəcə, NATO-nun qısa zamanda qüvvə toplamağa zamanı çatmaya bilər. Mövcud qlobal iqtisadi böhran buna imkan vermir. Avropa təhlükəsiz vəziyyətdədir və onlar maliyyə imkanları və hərbi vasitələrlə problemin həll olunmasına hazır görünmürlər.

Ona görə də Amerika istənilən strategiyasını həyata keçirməkdən ötrü NATO-dan yan keçməklə, regionda "qayda yaratmaq" istiqamətində yeni stuktur formalaşdırmaq barədə düşünür. Azərbaycan və bütövlükdə Xəzər regionu enerji daşınması planında yeganə ciddi alternativdir.

Mühümlüyü baxımından Polşa, Rumıniya və Azərbaycan qurulacaq yeni alyansın yeni postları olmalıdır. Alyansın şərq nöqtəsində Rusiya və İranla sərhədi olan, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan əsas oyunçuya çevrilir. Əgər Dağıstan və Çeçenistanda stabillik pozularsa, Azərbaycanın önəmi artar.

Digər yandan isə, əgər Qərblə İranın əlaqələri yaxşılaşarsa, münasibətlərin qurulması yolunda Azərbaycan körpü rolunu oynaya bilər. Ərazisində rus ordusu ilə uzunmüddətli razılıq müqaviləsi imzalayan Ermənistan, Dağlıq Qarabağda Azərbaycanla gərginliyi artıra bilər.

Səsvermə - Sputnik Azərbaycan
SİYASƏT
Yeni siyasi eskiz layihə

Əvvəl bütün bunlar ABŞ üçün bir o qədər də aktual deyildi. İndi vəziyyət fərqlidir. Gürcüstan və onun Qara dənizdəki limanlarının təhlükəsizliyi Azərbaycanın alyansa daxil olmasını tələb edir. Alyansa daxil olan xeyli ölkə isə Rusiyadan enerji daşıyıcıları idxal edir. Məsələn, Polşa öz enerji tələbatının 91, Macarıstan isə 86%-ini Rusiyadan gələn resurslar hesabına ödəyir. Və yaxın zamanlarda bu problemin həll edilməsi mümkün olmayacaq.

Həmin ölkələr enerji resurslarına necə ehtiyac duyursa, Rusiyanın da onlardan gələn gəlirlərə bir o qədər ehtiyacı var. Bir sözlə, ABŞ və Rusiya arasında yaşananlar siyasi mövqe savaşına bənzəyir. Hansı tərəf güclü olarsa, onun əhatə dairəsi və təsiretmə gücü böyük olacaq. NATO genişlənmə xəttini tutur, Rusiya isə buna qarşıdır. NATO-nun genişlənməsi — ABŞ maraqlarının qorunması anlamına gəlir.

Bu prosesdə Cənubi Qafqazın da xüsusi yeri var. Belə ki, Cənubi Qafqaz böyük bir səddir. Əgər NATO bu səddi keçərsə, yaxud da burada yerləşərsə, o zaman alyans üçün digər ərazilər o qədər də önəm kəsb etməyəcək. Təbii ki, bu proseslərdə regionda olan ölkələr də müəyyən qədər hərbi, iqtisadi, siyasi basqılarla üzləşəcək.

Azərbaycanın bu məsələdə fərqli yanaşması var. Belə ki, Azərbaycan beynəlxalq strateji layihələrin iştirakçısıdır. Azərbaycan hələlik neytral mövqedən çıxış edir. Lakin artıq Bakıdan mövqe tələb olunur. Açıq qərbyönümlü siyasi kurs ona gətirb çıxara bilər ki, qonşu ölkələr açıq şəkildə proseslərə müdaxilə edə bilər.

Seçim imkanları məhduddur. Odur ki, ABŞ və Rusiya arasındakı "soyuq savaş"dan qorunmaq barədə düşünmək lazım gəlir. Bakı öz coğrafi önəmini anlayır və sülh tərəfdarı qismində çıxış edir…

Xəbər lenti
0