BAKI, 5 yan-Sputnik. Bir dəfə Hillari Klinton ABŞ prezidentliyinə namizəd kimi irlandların illik yürüşləri çərçivəsində qey-parada qatılmışdı. Seksual azlıqların dəstəklənməsi Amerika siyasətçiləri üçün ənənəvi olan Müqəddəs Patrik bayramından daha əlverişlidir, çünki orada iştirak etmək üçün gey olmaq vacib deyil. Rusiya saytlarında dərc olunan məqalədə belə yazılır.
Elm və həyat
Homoseksualizm bir çox xəstəliklər kimi müalicəsiz deyil. Psixoterapiya kursu keçən hər 3 geydən biri heteroseksual ola bilir. Lakin hazırkı cəmiyyətlər öz cinslərindən olmayanların müalicə oluna biləcəyinə inanmır və başa düşmək istəmir ki, belə xəstələri sağaltmaq üçün əvvəlcə onların düşüncələrini sağaltmaq lazımdır. Buna isə onları cəmiyyətdən kənarlaşdıraraq nail olmaq olmaz.
Bununla yanaşı, homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1992-ci ildən etibarən homoseksualizm xəstəlik yox, həyat tərzi hesab edilir. Bir çox hallarda dünya Amerika nəzəriyyəsini kor-koranə şəkildə izləyir. ABŞ həkimləri homoseksual normaları birdən-birə qəbul etməyiblər.
1963-cü ildə Nyu York Tibb Akademiyasının İctimai Səhiyyə Komitəsi tədqiqat tsiklini başa çatdırdı və belə bir qorxunc rəy verdi:
“Homoseksuallıq həqiqətən də bir xəstəlikdir. Homoseksual normal heteroseksual əlaqələr qurmaqda aciz və emosional sahədə pozğunluqları olan fərddir.”
Elə həmin vaxt da tədqiqatçıları xəbərdar etdilər ki, bir sıra homoseksuallar müdafiə mövqeyindən kənara çıxırlar və sübut etməyə başlayırlar ki, belə pozğunluq arzuolunan, nəcib və üstün həyat tərzidir.
Həkimlərin sosial proqnozları tam təsdiq edildi. Geylərin hüquqları uğrunda hərəkatın fəallarının həlledici hücumu 1971-ci ildə baş verib. Amerikanın Psixiatrik Assosiasiyasının (APA) iclası zala daxil olan nümayişçilər tərəfindən dağıdıldı.
«Psixiatriya – düşmən təhsilidir. Psixiatriya bizi amansız müharibə aparmağa vadar edir. Siz bunu sizə qarşı müharibə elanı hesab edə bilərsiz… Sizin bizim üzərimizdəki hakimiyyətinizi tamamilə rədd edirik” – deyə hücumçular bildirmişdilər.
Assosiasiya çox tez güzəştə getdi: “homoseksuallıq” diaqnozu xəstəlik kimi yalnız bir halda — qeyri-ənənəvi oriyentasiyalı pasientin “əzabları gözəgörünən olduqda” qəbuledilən hesab olunur.
Beləliklə də psixoanalizin baza prinsipi pozuldu. Özünü narahat hiss edən nevroloji, yaxud da psixoloji problemləri olan adamlar özlərinin xəstə adlandırılmasını qəbul edə bilmədilər. Onlar Assosiasiyanı məcbur etdilər ki, onları xəstə deyil, qeyri-ənənəvi 3-cü cinsin nümayəndələri kimi qəbul etsinlər.
1973-cü ildə “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər siyahısından yoxa çıxdı. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Özü də bu addım hər hansı tədqiqat işləri və elmi araşdırmalar aparılmadan edildi.
1978-ci ildə, bu hadisələrdən 5 il sonra APA üzvü olan 10 min amerikalı psixiatr arasında səsvermə keçirildi. 68% psixiatr hələ də homoseksuallığı psixoloji pozğunluq hesab edirdi.
Şizofreniya və paranoyya
Bu irrasional polemikalar dünyasında homoseksualizmin əsl səbəbi hələ də araşdırılmayıb. Bir sıra həkimlər hesab edirlər ki, homoseksuallığın formalaşması genetik xüsusiyyətlərlə bağlıdır. Digərləri isə deyirlər ki, bu, mərkəzi sinir sisteminin patologiyasının və endokrin pozulmaların nəticəsidir.
Britaniya Psixoanalitiklər Assosiasiyasının mükafatının laureatı Çarlz Sokarides 40 il bu problemi araşdırıb. Onun qiymətləndirməsinə görə, insanın homoseksuallığı bioloji amillərlə deyil, sosial faktorlarla əlaqədardır. Bu isə o deməkdir ki, oriyentasiyanı psixoterapiyanın köməyi ilə korrektə etmək mümkündür.
Sokarides birmənalı olaraq APA-nın öz cinsi arzularına dözə bilməməklə bağlı rəsmi tövsiyəsini təkzib edib. Professorun sözlərinə görə, məhz psixiatrların bu mövqeyi ona gətirib çıxarıb ki, qeyri-təbii sevgidən xilas olmaq arzusunda olan homoseksualların çoxu müalicə kursuna getməkdən imtinaya məcbur olublar. Çünki onlara təlqin edilib ki, bu xəstəliyin müalicəsi yoxdur və onlar heç vaxt sağalmayacaqlar.
Sokarides onu da etiraf edib ki, homoseksual hərəkətlər edənlərin demək olar ki, yarısı şizofreniyadan, paranoyyadan, latent psevdonevrotik şizofreniyadan, yaxud da manyakal-depressiv reaksiyalardan əziyyət çəkirlər.
Sokaridesin NARTH-dakı (National Association for Research and Therapy of Homosexuality, Homoseksualizmin Araşdırılması və Müalicəsi üzrə Milli Assosiasiya) kolleqaları 3 xəstənin müalicəsinə nail olublar. Ola bilsin ki, məhz bu nəticələr sözügedən dərnəyin fəaliyyətlərinə qarşı etirazlara səbəb olmuşdu.
Artıq bizim əsrdə Kolumbiya Universitetindən olan amerikalı psixiatr Robert Spitser daha təsəlliverici statistika açıqlayıb.
Psixoterapiya kursundan sonra 66% kişi, 44% qadın heteroseksual olub. Onların əks cinsdən olanlarla əlaqələr sahəsindəki problemləri tamamilə aradan qalxıb və öz cinslərindən olanlara maraqları tamamilə itib.
Mavi PR
Muasir cəmiyyətlərdə belədir ki, istənilən ideya arqumentləşdiriləndə özünə vətəndaşlıq qazanır. Başqa sözlə desək, təbliğatın ən yaxşı yolu təxribatdır.
1970-ci ildə baş verən münaqişə zamanı homoseksual inqilabın fəallarından biri psixiatr İrvinq Biberə demişdi: “Mən sizin kitabınızı oxumuşam. Əgər bu kitabda homoseksuallar barədə yazılanlar qaradərililər haqqında yazılsaydı, onlar sizin dərinizi soyar və şaqqalayardılar, hansı ki, siz ona layiqsiz.”
Bu gün də geylərin hüquqlarını müdafiə edən fəalların ritorikasında hoqqabazlıq, isterika və təhqir mövcuddur. Ən yaxşı halda “Amerikasayağı gözəllik” filmində olduğu kimi, homoseksuallağın ən qatı əleyhdarı belə gey adlandırılır.
Ən pis halda isə son Hollivud təbliğatında olduğu kimi bircinsli sevgi müdafiə olunur. Necə ki, Hollivud filmləri homoseksuallığı davamlı olaraq təbliğ edir və demək olar ki, dünyanın ən sevilən ulduzlarının bioqrafiyasında onun mütləq homoseksual olduğu qeyd edilir. Bir çox hallarda geylik ali mədəniyyət hesab olunur.
Amma istənilən təxribat ictimai şüurda özünə yer edir və təbliğati effekt verir. Aydındır ki, bu məsələdə informasiya siyasəti də öz işini görür.
“Times” qəzetinin müxbiri Riçard Berk qeyri-ənənəvi oriyentasiyası olan jurnalistlərin Milli Assosiasiyasının 10 illik yubileyində demişdi ki, «Bizim qəzetin oxucularının üçdə biri homoseksuallardır, hansı ki, biz onları birinci sıraya qoyuruq”.
Yeri gəlmişkən, qeyri-rəsmi statistikaya görə, mərkəzi Rusiya telekanallarının əməkdaşlarının dörddə biri qeyri-ənənəvi oriyentasiyaya malikdir.
Oxşar situasiya musiqidə də var. Məsələn, rusiyalı musiqiçi Boris Qrebenşikov 7-8 il əvvəl demişdi ki, son 10 ildə musiqi mavilərin monopoliyasındadır.
Homoseksuallara qarşı guya zorakılıq olduğu barədə QHT-lərin və KİV-lərin hay-küy salması, keçirilən gey-paradlar, dövlətlərin ciddi-ciddi eyni cinsdən olanların nikahını qəbul etməsi, eynicinslilərdən ibarət ailələrə uşaqların verilməsi, eynicinslilər üçün xüsusi məktəblərin açılması və s. kimi məsələlər əslində homoseksuallığın təbliğinə fokuslaşmış məsələlərdən başqa bir şey deyil. Sadəcə belə bir tarixi qanunauyğunluq var: istənilən elmi, etik və informativ standartlar tezliklə idarəolunmaz vəziyyətə gəlib çıxır. Nəticədə dəyərlər həyat tərzini dəyişir. Amerika Psixiatrik Assosiasiyasının buraxdığı “Diaqnostika və statistika üzrə soraqça”da pedofiliya sahəsində dəyişikliyin olduğu bildirilib. Uşaqlara qarşı sadəcə şəhvət duyan və onlarla yalnız bir dəfə intim əlaqəyə girən şəxslər pedofil sayılmayacaqlar. Adam yalnız o halda pedofil sayılacaq ki, o, dəfələrlə uşaqlarla əlaqədə olsun və pedofiliya onun normal həyat tərzinə çevrilsin.
Adamyeyənlərin hüquqlarını müdafiə cəmiyyətləri
Məhz bu cür yanaşma homoseksuallığın rəsmən tanınmasına gətirib çıxardı. Bu o deməkdir ki, 10-15 il sonra adamyeyənlər peyda olmağa başlasa və onlar 1 dəfə deyil, davamlı olaraq adamları yesələr, onda rəsmən adamyeyən sayılacaqlar. Onda adam yemək leqallaşdırılacaq və adamyeyənlərin hüquqlarını müdafiə cəmiyyətləri yaranacaq.
Dözümlülük şüarları əslində insanların “dözməli olduqları şeylər”in geniş surətdə yayılmasına və həyat tərzinə çevrilməsinə səbəb olur. Homofoblara konservator, faşist yarlığı yapışdırılır. Və bunu edənlər də liberallar hesab olunurlar.
Mütəxəssislərin fikrincə, homoseksuallıq, pedofiliya kimi anormal insan davranışları bu gün ona görə rəsmi səviyyələrdə qəbul olunur və həyat tərzinə çevrilir ki, kimlərsə ondan siyasi alət kimi istifadə edir. Klintonun gey-paradda iştirakı əslində LGBT ittifaqından siyasi divident qazanmaq niyyətindən başqa bir şey deyildi. Yaxud da, gey bəzi siyasi fiqurlar üçün qara piar vasitəsidir. Kiminsə evini yıxmaq, seçici səslərini əlindən almaq üçün gey damğası vurmaq kifayətdir.
Yaxud da homoseksuallar kino, musiqi, idman dünyasında bir çoxları üçün iri məbləğdə pullar qazanmaq vasitəsidir. Hollivudun başında durduğu gey təbliğatı havadan qaynaqlanmır. Elm sübut edib ki, bir çox xəstəliklər və dərmanlar ona görə mövcuddur ki, dərman şirkətləri bundan pul qazanmaq istəyir. Geylik də eynilə belədir, ondan pul qazanmaq istəyənlərin reklam etdiyi "xəstəlik".
Bütün tədqiqatlar bir nəticəyə gətirir: Homoseksuallıq bioloji yox, psixoloji problemdir. Onunla vidalaşmaq üçün sadəcə iradəli olmaq, psixiatrik müalicə kursu qəbul etmək vacibdir. Homoseksuallıqdan xilas olmaq, normal ənənəvi cinsə dönmək hər kəsin öz əlindədir.