Dünyada diplomatik nümayəndəliklər necə qorunur?

© Photo : Kulis.azİbrahim Nəbioğlu
İbrahim Nəbioğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlunun sözlərinə görə, bütün dünyada diplomatik korpusların mühafizə sistemi eynidir

Nəbioğlu: Sadəcə, binanın qarşısında köşk olur və o köşkün içərisində polis durur. Bu, yetərlidir mi? Təbii ki, yox.
BAKI, 5 yan — Sputnik. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəldi.

Diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsini Sputnik-ə şərh edən, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu İbrahim Nəbioğlunun sözlərinə görə, bütün dünyada diplomatik korpusların mühafizəsi sistemi eynidir:  

"Mən Türkiyə haqqında danışa bilərəm. Bu ölkədəki təcrübə dünyanın hər yerində demək olar ki, eynidir. Bütün böyük dövlətlərdə səfirliklərin təhlükəsizliyi Türkiyədəki kimi qorunur. Yəni, burda praktika eynidir. Hər bir ölkənin başqa bir ölkədəki diplomatik nümayəndəliyinin ərazisi o ölkənin torpağı sayılır. Misal üçün, bizim icazəmiz olmadan heç kəs Azərbaycanın Türkiyədəki səfirliyinə ayaq basa bilməz. Fəqət o ərazinin, o binanın inzibati hissəsinin təhlükəsizliyi, mühafizəsi tamamən səfirliyin yerləşdiyi ölkənin üzərinə düşür".

"Əslində bu, bir az şişirdilmiş də səslənə bilər. Sanki səfirliyi böyük batalyon, ordu qorumalıdır kimi anlaşılır. Amma elə deyil. Sadəcə olaraq, binanın qarşısında köşk olur və o köşkün içərisində daxili işlər orqanının bir əməkdaşı — polis durur. Onlar 8-12 saatlıq növbələrlə səfirliyin təhlükəsizliyini təmin edirlər. Bu yetərlidirmi? Təbii ki, yox. O köşkün orada olmasında əsas məqsəd kiminsə ora yaxınlaşmasına imkan verməməkdir", — Nəbioğlu bildirib.

Xəbər lenti
0