Bollywood yoxsa Lollywood: hansı güclüdür?

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistan kinoteatrları Bollywood filmlərinin nümayişinə aid qadağanı götürməyə razı olublar

Yevgeniya Vanina: Bu qadağanın uzun tarixi var
Pakistanda yenidən hind filmləri göstəriləcək. Ölkənin kinoteatrları Bollywood filmlərinin nümayişinə aid qadağanı götürməyə razı olublar. Embarqo oktyabr ayında Kəşmir vilayətində baş verən gərginlik səbəbindən tətbiq olunmuşdu. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Yevgeniya Vanina deyir ki, Hindistan və Pakistan arasındakı oxşar qadağaların uzun tarixi var:

“Hər şey Hindistan tərəfinin Pakistan aktyorlarının hind filmlərində çəkilməsinə və səhnəyə çıxmasına qadağa qoymasından sonra başladı. Bu qadağa isə sentyabr ayında, Pakistan tərəfindən maliyyələşən terror qruplaşmasının Kəşmirdəki Hindistan hərbi bazasına hücumundan sonra baş vermişdi. Hücum nəticəsində çoxlu Hindistan əsgəri həlak olmuşdu”.

“Bu addım sadəcə siyasi aksiya idi. Pakistan hakimiyyəti buna sosial-iqtisadi mülahizələr də qoşmağa çalışdı. Onlar bildirdilər ki, hind kinolarına görə ölkələrindəki kinoteatrlarda Pakistan filmləri nümayiş olunmur. Lakin indiki internet dövründə pakistanlılar nəinki hind filmlərinə, hətta Pakistanda məhşur olan hind seriallarına da baxa bilirlər. Ona görə də, bu qadağa ancaq kinoteatrlara zərbə vurub”, — deyə o bildirib.

Xəbər lenti
0