BAKI, 4 yan — Sputnik. Şəmkirdə ağır yol qəzası baş verib.
Qayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.
Şəzada xəsarət alanların sayı 9 nəfərə çatıb.
APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.