BAKI, 4 yan – Sputnik. Türkiyədə yeni il gecəsi İstanbulda törədilən və 39 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə bağlı polis əməliyyatı davam edir.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, polis İzmir şəhərində İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. Hazırda onların Reina gecə klubunda törədilən terror hücumunda əllərinin oldub-olmadığı araşdırılır.