BAKI, 4 yan – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikalı həmkarı Barak Obama ilə telefonda danışıb.
Obama Yeni İl gecəsi İstanbulun Ortaköy rayonunda, 17 dekabrda Kayseridə törədilən terror hücumlarında həyatlarını itirənlər üçün Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib.
İki lider telefon danışığı zamanı terrorla mübarizəyə birgə davam edəcəklərini vurğulayıb.
Obama Suriyada Türkiyənin səylərini təqdir etdiyini bir daha dilə gətirib.
Söhbət zamanı Kipr məsələsinə də toxunulub.