İran Azərbaycanı subregional güc kimi qəbul etməyə başlayır

CC BY 2.0 / Ninara / Tehran Waterfall Park and a new Tehran districtUS Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Tehran üçün Cənubi Qafqazdakı siyasətində ciddi tərəfdaşa çevrilir.

BAKI, 4 yan — Sputnik. 2016-cı ildə İranla Azərbaycanın münasibətlərində ötən ilin müsbət tendensiyası davam etdirilib. Bu barədə Sputnik-ə şərqşünas İqor Pankratenko bildirib.

Ekspertin sözlərinə görə, Tehran Bakını Cənubi Qafqazdakı siyasətində ciddi tərəfdaş kimi qəbul etməyə başlayıb. İran Azərbaycanı subregional güc kimi qəbul etməyə başlayıb və müvafiq olaraq onun dünyadakı əhəmiyyətinin, həmçinin Cənubi Qafqaz səviyyəsində bütöv bir bölgənin təhlükəsizlik və sabitliyinin qarantı kimi vacibliyinin artmasını qeyd edir.

Şərqşünas bildirir ki, bu ölkələrin 2016-cı ildə nail ola bilmədikləri məqamlar da var. Söhbət müxtəlif səviyyəli görüşlərdə haqqında söz açılan, lakin indiyədək həyata keçirilməyən irimiqyaslı ikitərəfli iqtisadi layihələrdən gedir.

Sputnik-in həmsöhbəti qeyd edib ki, ticarət dövriyyəsinin rəqəmləri elə də ürəkaçan deyillər. Dövriyyənin azalmamasına baxmayaraq, ciddi artımdan da danışmaq mümkün deyil.

"Əgər bu münasibətlərdə nəyin çatışmamasından danışsaq, mənim fikrimcə, birinci amil kimi Cənubi Qafqazın dünya siyasətinin ucqarında yerləşməsini vurğulamalıyıq", — deyə o bildirib. 

Pankratenko qeyd edib ki, bu gün Azərbaycanda sabitlikdir. Bu hamıya sərf edir və sözügedən sabitliyə yeni impuls verərək onun əsasında yeni tərəfdaşlıq qurmaq üçün Tehranın sadəcə qüvvəsi yoxdur.

Ekspert əmindir ki, gələn il vəziyyət bir qədər dəyişəcək. Çünki anlamaq lazımdır ki, İran və Azərbaycanın yaxınlaşmasını şərtləndirən sbyektiv amillərdən başqa, obyektiv amillər də var. 

"İlk növbədə, iqtisadi amil var. Bu mənada Azərbaycan İran üçün maraqlı və lazımlıdır. Azərbaycan əslində İran üçün dünya iqtisadiyyatına yeganə olmasa da qapıdır. Ona görə də bu münasibətlər yalnız yaxşılaşacaq", — deyə o bildirib. 

Sputnik-in həmsöhbətinin sözlərinə görə, hər iki tərəfdən bu yaxşılaşmanı bəyənməyənlər olacaq, lakin bütün bu məqamlar tərəfdaş münasibətlərinin inkişafına yönəlik əsas tendensiyaları dəyişməyəcək. 

Xəbər lenti
0