Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumət “üzən” manatın “batmaması” üçün addımlar atmalıdır

© Sputnik / Murad OrujovМанат на плаву
Манат на плаву - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci il üçün iqtisadi siyasətdə əsas istiqamətlər yumşaq devalvasiya və qeyri-neft sektorunun ixracının artırılması olacaq.

Fuad Əlizadə, Sputnik Azərbaycan

2017-ci ildə iqtisadiyyatdakı vəziyyəti kökündən dəyişmək mümkün olmayacaq, lakin, ən azından, ÜDM-i 2016-cı ilə nisbətən 1,2-2% artırmaq mümkün olacaq.

İqtisadiyyatın artımının əsas lokomotivi qeyri-neft sektorunun sahələri olacaq. Ən azından, artıq 2017-ci ildə aqrar, yüngül sənaye və nəqliyyat sahələrində nəzərəçarpacaq artım gözləmək olar.

Azərbaycan iqtisadi siyasətinin əsas istiqaməti Azərbaycan məhsullarının "Made in Azerbaijan" markası altında dünyanın aparıcı sərgi meydanlarında təşkil olunan milli stend çərçivəsində tanıdılması olacaq.

Ötən 2016-cı ildə yerli toxuculuq sənayesi üçün xammal bazasının yaradılması üzrə işlərə start verildi. Təbii ki, artıq 2016-cı ildə məhsulun əkinindən biçininədək bütün prosesi yüksək səviyyədə təşkil olunacağını gözləmək düzgün olmazdı. Bu məsələdə öz neqativ rolunu həm obyektiv, həm də subyektiv səbəblər oynayıblar. Belə ki, pambıq yığımı zamanı fasiləsiz yağışlar mənfi rol oynadılar və məhsulun bir hissəsi tarlalarda qaldı. 2017-ci ildə pambıqyığan kombaynlardan daha fəal istifadə olunacaq və ümid edirik ki, pambıq yığımına səhiyyə işçiləri və müəllimlər cəlb olunmayacaqlar.

Bundan əlavə, Çindən alınmış və noyabr-dekabr aylarında əkilmiş tut tingləri, barama qurdu üçün yem bazasını artırmağa və bölgədəki aparıcı ipək kombinatının sabit fəaliyyətinə imkan verəcək. Müvafiq olaraq kombinatın menecerləri ipək məhsullarını satmaq üçün bazarlar axtarmağa başlaya biləcəklər.  

Bununla da Azərbaycan sərgilərin gedişində "Made in Azerbaijan" markası altında yalnız şərab və meyvə-tərəvəz deyil, həmçinin yüngül sənaye məhsullarını təqdim edə biləcək. 

Yeri gəlmişkən, Azərbaycan rəhbərliyi 2017-ci ildən milli valyutanın “üzən məzənnə” kursuna keçdiyini elan etməsinə baxmayaraq, manatın “təsadüfən batmamasına” imkan verməmək üçün addımlar atmalı olacaq. Çox güman ki, manatın yüngül devalvasiyası siyasəti davam etdiriləcək, oriyentir kimi nəinki dollar, həmçinin regional valyutaların kursları və ilk növbədə Rusiya rublu götürüləcək. Yaddan çıxarmaq lazım deyil ki, RF 2017-2019-cu illər büdcəsində rublun dollara qarşı məzənnəsinin zəiflədilməsini nəzərdə tutur. 

Müvafiq olaraq, Azərbaycan məhsulunun rəqabət qabiliyyətinin qorunması üçün milli valyutanın nəinki dollar, həmçinin rubla qarşı devalvasiyası baş verəcək. 

Nəqliyyat sektorunun inkişafında ilin birinci yarısında Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi əhəmiyyətli addım olacaq. Magistralın istismara başlaması nəticəsində Çindən Avropaya Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədən keçməklə yüklərin daşınmasında ciddi artım gözlənilir. 

Lakin 2017-ci ildə qeyri-neft sektorunun sürətli artımını gözləməyə dəyməz, çünki yeni müəssisələrin işə salınması müəyyən vaxt tələb edir. Belə ki, Sumqayıt sənaye-kimya parkında tikilən bir sıra iri qeyri-neft sektoru müəssisələrinin istismara verilməsi 2018-ci ilə proqnozlaşdırılır. 

Amma ümumilikdə Azərbaycan iqtisadiyyatı 2017-ci ildə artıq neftin dünya qiymətlərindən asılı olmayan ÜDM-in sabit artımı dövrünə qədəm qoyacaq.

Xəbər lenti
0