İstanbuldakı terroru törədənin ailəsi saxlanıldı

© REUTERS / Osman OrsalПолицейский на месте теракта в ночном клубе в Стамбуле, 1 января 2017 года
Полицейский на месте теракта в ночном клубе в Стамбуле, 1 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulun Reina gecə klubunda terroru törədən uyğur imiş.

BAKI, 3 yan — Sputnik. İstanbulda “Reina” gecə klubunda Yeni il gecəsi terror hadisəsini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Sputnik-in Milliyyet-ə istinadən verdiyi məlumata görə, hadisəni törədən şəxsin uyğur olduğu, 2016-cı ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi bildirilir. Onun görüntüləri də yayımlanıb. 

Terrorçu diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə gətirib. Onun ailə üzvləri artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbuldakı “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Livan, Liviya, İsrail, Rusiya vətəndaşları var.  

Hadisə zamanı ölən Rusiya vətəndaşı Azərbaycan əsilli Nuranə Həsənovadır.

Xəbər lenti
0