Masallının Boradigah qəsəbəsində papaqçılıqla məşğul olan Usta Yaqubu nəinki Masallıda, həm də ətraf rayonlarda, üstəlik qonşu İran İslam Respublikasında da tanıyırlar. Yaqub Məmmədov 1947-ci ildə Boradigah qəsəbəsində dünyaya gəlib. Hazırda yaşatdığı sənəti babasından öyrənib.
O, əsasən buxara papaq tikdiyini bildirir: "İndi buxara papaq qoyanlar həddən artıq azdır. Bunlar ya yaşlılar, ya da mollalardır. Əvvəllər papaqlara çox böyük hörmət var idi.Amma indi buxara papaq dəbdən düşüb".
Məmmədov bu sənəti indiyədək, ya qardaşı Zahidə öyrədib və hazırda bərabər çalışırlar. Tələbələrin az olması, bu sənətə tələbatın zəifləməsi ilə bağlıdır. Bu səbəb həm də ona gətirib çıxarıb k, Yaqub Məmmədov hazırda Masallıda yeganə papaqçıdır.