Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kommunal xidmətlər bahalaşacaq

© Sputnik / Murad OrujovФинансовая отчетность, фото из архива
Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər kommunal xidmətlərin özəlləşməyə çıxarılması ideyasını dəstəkləyirlər, amma...

BAKI, 3 yan — Sputnik. Azərbaycanda kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir kommunal xidmət bahalaşır

Bildirilir ki, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) "Tik — idarə et — təhvil ver" (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır. Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.

"Kommunal xidmətlərin özəlləşdirilməsi və idarə etməyə verilməsi xeyli müddətdir tərəfimizdən təklif olunur. Kommunal xidmətlərin özəlləşdirilməsinin tərəfdarıyıq. Çünki, kommunal xidmətlərin özəlləşdirilməsi bu sahədə keyfiyyətin yaxşılaşdırılmasına gətirib çıxara bilər. İmkan verər ki, daha keyfiyyətli xidmətlər göstərmək mümkün olsun".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bu Sputnik-ə açıqlamasında, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. "Digər tərəfdən bu, imkan verə bilər ki, kommunal xidmətlərdə, xüsusən də büdcə vəsaitlərinə qənaət etmək mümkün olsun. Çünki, mövcud sistem nəticə etibarı ilə büdcə vəsaitlərinin səmərəli xərclənməsinə imkan vermir. Eyni zamanda, keyfiyyətli xidmətlərin göstərilməsinə imkan vermir. Büdcədən vəsait ayrılır, amma nəticədə kommunal xidmətlərin idarə edilməsindəki qüsurlar və problemlər həmin vəsaitlərin səmərəli istifadə edilməsinə imkan vermir", — deyə o, əlavə edib.

İqtisadçının sözlərinə görə, əgər kommunal xidmətlər idarə etməyə verilərsə, özəlləşdirilərsə, bu, birmənalı şəkildə imkan verəcək ki, büdcə vəsaitlərinə qənaət mümkün olsun: "İmkan verəcək ki, kommunal xidmətləri həyata keçirən şirkətlərin öhdəlikləri artsın və daha ciddi məsuliyyətlə bu işi həyata keçirsinlər. Eyni zamanda, imkan verəcək ki, artıq dövlət kommunal xidmətlər istehsal etsin, amma satışı ilə məşğul olmasın".

"Həm də özəl sektorun cəlb edilməsi baxımından vacibdir. Bu baxımdan kommunal xidmətlərin özəlləşdirilməsi məqsədəuyğundur və bu prosesi sürətləndirməklə, büdcə vəsaitlərinə qənaət edib, eyni zamanda səmərəliliyi artırmaq mümkündür", — Bayramov söyləyib.

İqtisadçı-ekspert Qubad İbadoğlu isə Sputnik-ə açıqlamasında deyib ki, kommunal xidmətlərin özəlləşdirilməsindən əvvəl tariflərin liberallaşdırılması həyata keçirilməlidir: "Bu, o deməkdir ki, tariflər müstəqil olaraq tənzimlənməlidir və tarif siyasəti elə olmalıdır ki, xərcləri də ödəsin və investora da əlavə mənfəət qazandırsın. Ona görə də yol xəritəsi də göstərir ki, tariflər kommunal xidmətlərdə bahalaşacaq. Yəni, söhbət 2020-ci ilə qədər olan dövrlərdən gedir. Bu, həm də özəlləşdirməyə hazırlıq tədbiri kimi həyata keçiriləcək".

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  - Sputnik Azərbaycan
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

Ekspert özəlləşdirmənin müxtəlif formalarının olduğunu deyib: "Yəni, kommunal sektorun uzunmüddətli idarəçiliyə verilməsi mümkündür. Orada, əsasən satış şəbəkələri, paylaşdırıcı şəbəkələr ola bilər ki, fərdi investisiya layihələrinin özəlləşdirilməsi aparılsın. Və bu, daha çox investorun cəlb edilməsi məqsədilə istehsal güclərinin artırılması, modernləşdirilməsi baxımından önəmli ola bilər".

"Amma mənə elə gəlir ki, Azərbaycan hökuməti ilk növbədə kommunal sektorun restrukturizasiyası ilə məşğul olmalıdır. Qiymətlərin liberallaşdırılmasından sonra, xüsusilə də satış şəbəkələrinin, əsasən də qaz və elektrik paylaşdırıcı müəssisələrin fərdi investora uzunmüddətli dövrdə idarəçiliyə verilməsinə üstünlük veriləcək. Yəni, bu təcrübə bizdə olub. "Barmek" gəlib Bakı şəhərində elektrik şəbəkəsinin yenidən qurulması və idarəçiliyi ilə məşğul olub", — İbadoğlu bildirib.

Xəbər lenti
0