BAKI, 3 yan-Sputnik. İstanbulda “Reina” gecə klubunda terror hücumu zamanı həyatını itirən 39 nəfərin şəxsiyyətləri təsbit edilərkən ön yarılma hesabatlarındakı ən təəccüblü detal atış məsafəsi olub. Belə ki, bəzi qurbanlar bitişik atışla öldürülüb.
Sputnik Hurriyet-ə istinadla xəbər verir ki, bu da təcavüzkarın yerdə yatan yaralılara təkrar atəş açdığını göstərir. Güllələrin bədənlərə dəyən nöqtələri isə sinə, baş və kürək bölgələri olub. Bəzi güllələr bir qurbandan çıxıb digər bir qurbana batıb. Güllələrin hamısı tək bir silahdan çıxıb.
Silah 7.62 mm-lik güllə atan AK-47 (Kalaşnikov) piyada tüfəngidir.
Hücum zamanı özünü dənizə atanların içərisində ölən olmayıb.
Terrorçunun selfi görüntüləri ortaya çıxıb.