BAKI, 3 yan-Sputnik. Türkiyədə dollar proqnozdan çox olan inflyasiya göstəricisindən sonra 3.58-i keçib. Bu gün Türkiyədə dekabr ayı üzrə inflyasiya məlumatı açıqlanıb.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, istehlakçı qiymətləri indeksi dekabrda aylıq 1.64 faiz, illik 8.53 faiz artaraq proqnozların üzərində reallaşıb. İllik inflyasiyanın 7.60 faizə yüksəlməsi gözlənilirdi.
İnflyasiya məlumatından əvvəl 3.54 səviyyələrində seyr edən USD/TL 3.58-ə qədər yüksəlib.
Avro/TL də 3.73-ün üzərindədir.
Türkiyədə dollar 2 dekabrda 3.5935 ilə rekord qırmışdı.