BAKI, 3 yan-Sputnik. Türkiyəli müğənni Hadisə Azərbaycanda 2 saata 500 min lirə qazandı.
Sputnik haberler-ə istinadla xəbər verir ki, Yeni il konsertində Bakıda səhnəyə çıxan Hadisə 30 min adamın izlədiyi konsertdə 2 saat üçün 500 min lirə aldı.
Hadisə yeni il gecəsi Bakıdakı Olimpiya Stadionunda səhnəyə çıxdı.
Hadisənin paltarını bacısı stilist Derya Açıkgöz hazırlamışdı.